
Azər Həşimovu baş məşqçi postunda saxlayan “Qaradağ-Lökbatan”da məşqçilərdən biri Novruz Məmmədov olmalıydı.
Ona oynayan məşqçi funksiyası təklif olunmuş, özü bununla razılaşmışdı.
Həşimov götür-qoy edəndən sonra bu barədə rəhbərliyə məruzə etmişdi. İyulun 22-də başlayacaq məşqlərdə o da iştirak etməliydi.
Bu barədə bir neçə gün öncə məlumat vermişdik.
Vaxtilə “Bakı”, “Kəpəz”, “Rəvan” kimi Premyer Liqa klublarının şərəfini qorumuş, U-21 millisinin aparıcı üzvlərindən olmuş Novruz bir anda fikrini dəyişib.
O, nəinki köməkçi-məşqçi olmaqdan imtina edib, ümumiyyətlə, klubdan ayrılıb. Məmmədov karyerasını başqa yerdə davam etdirməyi qərara alıb.
Keçmiş milli üzvünün “Şəfa” ilə anlaşacağı ehtimal olunur.
HƏBİB / SPORTİNFO.AZ