COP29

Kənd sakini doğma rayonun komandası üçün heç kimin etmədiyini etdi

5 May 01:20 I Divizion 1 350
Kənd sakini doğma rayonun komandası üçün heç kimin etmədiyini etdi

I Liqada çıxış edən “Araz Saatlı”ya kənd sakini köməklik göstərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Ədalət Abdullayev məlumat verib.

“Saatlı şəhəri, Şeyx Yusif 7A ünvanında yerləşən hoteldə məskunlaşan "Araz Saatlı" növbəti mövsümdən məşqlərini də bu məkanda reallaşdıracaq.

Ağarəhimli kənd sakini Mircavan Kazımov özünə məxsus olan hotelin həyətyanı sahəsində komanda üçün təbii örtüklü məşq meydançası, 7 kottec, yeməkxana, 3 otaqlı ofis və camaşırxana tikintisinə icazə verib”.

“Araz Saatlı” hazırda 10 xalla turnir cədvəlinin sonuncusudur. Reqlamentə əsasən, Aran təmsilçisi növbəti mövsümə II Liqada başlamalıdır.

Digər Xəbərlər
Xəbər Lenti