Azərbaycanda bu liqanı tərk edən komanda bilindi

3 May 2024 12:40 I Divizion 2 390
Azərbaycanda bu liqanı tərk edən komanda bilindi

Bu mövsüm I Liqanı tərk edəcək komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, ötən gün 24-cü turda "Qaradağ Lökbatan"a uduzan (1:3) “Araz Saatlı”nın sonuncu olacağı rəsmiləşib.

Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 10-cu pillədə qərarlaşıb. 9-cu pillədəki “Difai Ağsu”nun isə 20 xalı var.

Dünən “İrəvan”a uduzan (1:3) MOİK-in isə çempionluq şansı bitib. Hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın isə 52 xalı var.

Mövsümün sonuna 3 tur qalmış “Qaradağ Lökbatan”ın çempionluq yolundakı əsas rəqibi “Şamaxı”dır. Bu komandalar mayın 16-da 26-cı turun oyununda üz-üzə gələcəklər.

Ötən mövsüm Premyer Liqanı tərk edən “Şamaxı” hazırda 48 xalla 2-ci sıradadır.

Üçüncü pillədə qərarlaşan “İmişli”nin isə aktivində 46 xalı var.

Reqlamentə görə, I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə II Liqada mübarizə aparmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA