COP29

Azərbaycan çempionatında SENSASİYA baş verdi!

2 May 19:20 I Divizion 1 722
Azərbaycan çempionatında SENSASİYA baş verdi!

Bu gün I Liqada 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, çempionatın lideri “Qaradağ Lökbatan” hesabat həftəsini itkisiz tamamlayıb.

Qəsəbə təmsilçisi turnir cədvəlinin son sırasındakı “Araz Saatlı”nı üstələməyə çətinlik çəkməyib. Birincilik mübarizəsini davam etdirən “Şamaxı” Zaqalata səfərindən “əlidolu” dönüb.

Turun sensasiyasına isə “İrəvan” imza atıb. Qərbi Azərbaycan komandası 2024-cü ildə ilk qələbəsini MOİK üzərində əldə edib.

"Zaqatala" - "Şamaxı" 0:2

Qollar: Qurban SƏfərov, 5, Arsen Ağcabəyov, 14

"Qaradağ Lökbatan" - "Araz Saatlı" 3:1

Qollar: Xəlil Bəşirov, 9, 26 (pen), Rayan Quibero, 19 - Rəvan Əvəzov, 27

MOİK - "İrəvan" 1:3

Qollar: Elmir Rəhimzadə, 88 - Vüsal Əsgərov, 22, Fərid Kərimzadə, 74-pen; İmran Azaxov, 90+2

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 24 15 7 2 42-16 52
2 Şamaxı 24 13 9 2 51-19 48
3 İmişli 24 13 7 4 36-17 46
4 MOİK 24 12 6 6 45-26 42
5 Karvan 24 11 5 8 31-28 38
6 Zaqatala 24 6 8 10 28-32 26
7 İrəvan 24 8 2 14 28-49 26
8 Mingəçevir 24 7 4 13 18-36 25
9 Difai Ağsu 24 5 5 14 31-41 20
10 Araz Saatlı 24 3 1 20 25-71 10

Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 15 qol
Elmir Rəhimzadə (MOİK) - 13 qol
Xəlil Bəşirov ("Qaradağ Lökbatan") - 10 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 10 qol
Emin Zamanov ("Şamaxı") - 9 qol
Xəzər Mahmudov ("İmişli") - 9 qol

Digər Xəbərlər
Xəbər Lenti