COP29

Azərbaycan klubunda 15 yaşlı YENİ İSTEDAD üzə çıxdı

2 May 23:40 I Divizion 7 971
Azərbaycan klubunda 15 yaşlı YENİ İSTEDAD üzə çıxdı

Birinci Liqada ölkə futbolu adına xoş hal yaşanıb.

Söhbət aşağı liqa təmsilçisi "Araz Saatlı"nın gənc istedadı Ülvi Əvəzovla bağlı hadisədən gedir.

Belə ki, 15 yaşı yeni tamam olan futbolçu bölgə klubunun heyətində meydana çıxıb.

2009 təvəllüdlü Ülvi Əvəzov 2 rəsmi oyunda iştirak edib.

Mərkəz yarımmüdafiəçi “Mingəçevir”lə ev, “İrəvan”la səfər qarşılaşmalarında şans qazanıb.

İstedadı ilə həmyaşıdlarından seçilən Ülvi xoş gələcək vəd edir.

Təbii ki, itib-batmasa, məşqçilər potensialından istifadə etməyi bacarsa.

Ümumiyyətlə, çempionatda işləri yolunda getməyən region klubunda (komanda sonuncu pillədə yer alıb) saatlıdan olan 4-5 nəfər başqa gənc futbolçu da zaman-zaman oynamaq şansı qazanır.

Sadəcə aralarında ən gənci və diqqət çəkəni Ülvidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti