COP29

İstefanın səbəbini "Sportinfo"dan gizlətmədi - Pulsuzluq!

1 May 17:20 I Divizion 1 048
İstefanın səbəbini "Sportinfo"dan gizlətmədi -  Pulsuzluq!

Rüfət Quliyevin Birinci Liqadakı fəaliyyəti 6 ay çəkdi.

Oktyabrda baş məşqçi postunda Şəhriyar Məmmədovu əvəzləyən Azərbaycan millisinin sabiq yarımmüdafiəçi bir neçə gün öncə öz xoşu ilə “Araz Saatlı”dan ayrıldı.

23 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşan bölgə təmsilçisinin vəziyyəti bu gedişlə düzələnə oxşamır. Quliyevin komandanı tərk etməsi də elə buna görə olub.

Səbəbkar Sportinfo.az-a açıqlamasında istefasının səbəblərini göstərib:

“Mən daha öncə getmək istəyirdim. Yeni ildə “Difai” ilə birinci oyundan sonra istefa vermişdim.

Həmin vaxt rəhbərlik qəbul etməmişdi. Bu dəfə oturub danışdıq, razılığa gəldik.

Mən komandanı vəziyyətdən çıxartmaq üçün çox çalışdım. Xeyri olmadı.

Problemlər, sıxıntılar çox idi. Yeni futbolçular ala bilmirdik, futbolçular gəlmirdi.

Bu da büdcə məsələsinə görəydi. Futbolu inkişaf etdirmək istəyiriksə, bu, pulsuz mümkün deyil.

Komandanı inkişaf etdirə bilmirəmsə, qalmağın mənası yoxdur. Mən getməliydim ki, kimsə gəlsin. Futbol dünyanın hər yerində belədir.

“Araz Saatlı” Birinci Liqada bəlkə də yeganə komandadır ki, sponsoru yoxdur. Sırf dövlətdən ayrılan vəsaitlə “qidalanırdıq”.

Bu da iş görmək, nəticə qazanmaq üçün yetərli deyil. Futbolçuların, məşqçilərin, rəhbər işçilərin, texniki heyətin maaşları, səfər oyunları üçün tələb olunan nəqliyyat, qidalanma və məskunlaşma xərcləri – bütün bunlar az vəsait tələb etmir.

Başlıca səbəb futbolçuların keyfiyyətinin aşağı olması idi. Komandanı gücləndirmək lazım idi, bunun üçün pul yox idi.

Ya yeni futbolçular cəlb olunmalıydı, ya da əlimizdə olanlarla kifayətlənməli idik. Məcburiyyətdən ikinci variantla hərəkət edirdik.

Bir sözlə, imkansızlıq ucbatından alındıra bilmədik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti