COP29

Premyer Liqaya vəsiqənin taleyi burada həll olunur!

30 Aprel 20:40 I Divizion 2 811
Premyer Liqaya vəsiqənin taleyi burada həll olunur!

Mövsüm sona yaxınlaşdıqca Birinci Liqada gərginlik artmaqdadır.

Çempion olmaqla Premyer Liqaya vəsiqə qazanmaq arzusunda olan komandalardan 3-ü arasında nəfəs-nəfəsə mübarizə davam edir.

“Qaradağ Lökbatan” 49 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” liderdən 3 xal geri qalır, “Şamaxı”nın aktivində 45 xal var.

Dördüncü pillədəki MOİK 42 xala sahibdir. Razılaşaq ki, çempionluq uğrunda “Qaradağ Lökbatan” və digər iki bölgə təmsilçisi yarışacaq.

Hazırda 23 tur geridə qalıb. Bu isə o deməkdir ki, çempionu vəsiqədən cəmi 4 tur ayırır.

24-cü tur nisbətən sakit keçəcək. “İmişli” Yevlaxda “Karvan”ın, “Şamaxı” Zaqatalada eyniadlı komandanın qonağı olacaq, “Qaradağ Lökbatan” öz meydanında “Araz Saatlı”nı qəbul edəcək.

25-ci turda həngamə qopacaq. “Qaradağ Lökbatan” çempionluq yolunda İmişlidə əsas rəqibi ilə üz-üzə gələcək, “Şamaxı” doğma azarkeşlərinin qarşısında “Karvan”ı qəbul edəcək.

26-cı turun mərkəzi qarşılaşması Lökbatan və Şamaxı təmsilçiləri arasında baş tutacaq. Oyun Bakıda keçiriləcək. “İmişli” “Araz Saatlı”nın qonağı olacaq.

27-ci turda “Qaradağ Lökbatan” Mingəçevirə səfər edəcək, “Şamaxı” “Araz Saatlı”nı qonaq edəcək, “İmişli” Bakıda MOİK-lə münasibətlərinə aydınlıq gətirəcək.

Təqvimdən də göründüyü kimi, Premyer Liqaya vəsiqə qazanmaq yolunda ən vacib oyunlar 25 və 26-cı turlara təsadüf edəcək. İddialı komandalar şəxsi görüşlərdə üz-üzə gələcək ki, çempionluğun taleyi çox güman həmin matçlarda həll olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti