"AFFA klubumuzu çempionata qaytarmaq istəsəydi, mən bilərdim"

18 Sentyabr 2017 17:24 I Divizion 1 235
"AFFA klubumuzu çempionata qaytarmaq istəsəydi, mən bilərdim"

AFFA və PFL-in birgə komissiyasının "Şahdağ"a I Divizionda oynamaq üçün icazə verməməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

Şimal bölgəsi təmsilçisi bu qərardan narazı qalıb və çempionatda iştirak üçün AFFA ilə danışıqlarını davam etdirib.

Aldığımız məlumata görə, "Şahdağ" rəhbərliyi federasiya rəsmiləri ilə görüşüb və debat qusarlılar üçün uğurlu keçib. Belə ki, AFFA mövqeyini dəyişib və "Şahdağ" növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq (sportal.az).

Əyalət təmsilçisinin baş məşqçisi Kamran Əlibabayev Sportinfo.az-a açıqlamasında qeyd etdi ki, özü Dağıstandadı: "Bu gün yerli "Laki" klubunun yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilir. Bir azdan beynəlxalq yoldaşlıq görüşü başlayır.

Mənim son yeniliklərdən məlumatım yoxdu. "Şahdağ"ı diviziona qaytarmaq barədə məlumat ciddi olsaydı, mən bilərdim. AFFA-dan heç kim bizimlə əlaqə saxlamayıb. Müəyyən yerlərə müraciət etmişik. Ölkə rəhbərliyinə və AFFA prezidenti Rövnəq Abdullayevin özünə məktub yazmışıq.

"Şahdağ"ın fəaliyyətini dayandırmaq fikrimiz yoxdu. Qusarlı azarkeşlər bu qərardan narazıdı. Qusar balaca rayondu, amma böyük futbol keçmişi var, ənənəsi var. Camaatın yeganə əyləncəsi futboldu, istirahət etdiyi yer stadiondu. Onları bundan mərhum eləmək olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti