I Diviziona buraxılmayan "Şahdağ" bəyanat yayıb. Sportinfo.az xəbər verir ki, Qusar təmsilçisi baş məşqçisi Kamran Əlibabayevin müsahibəsində səsləndirdiyi fikirləri təkzib edib.
"Dəyərli media və hörmətli futbol ictimaiyyəti! "Şahdağ" Futbol Klubu olaraq I Diviziona iştirakımıza icazə verilməməsi ilə bağlı rəsmi olaraq mövqeyimizi bildirməmişik. Mətbuatda həqiqəti əks etdirməyən xəbərlərin yer alması bizi çox təəssüfləndirir.
Klubumuzun baş məşqçisinin fikirləri düzgün anlaşılmayıb. Dağıstan çempionatında iştirak etməyimiz haqqında yayılan məlumatlar tam əsassızdı. Kamran Əlibabayev klubun birinci diviziona buraxılmadığı təqdirdə, öz fəaliyyətini Dağıstan futbol çempionatında davam etdirəcəyini və özü ilə bəzi oyunçuları ora aparmaq ehtimalının olduğunu demək istəyib.
Bundan əlavə, klubumuzun eks vitse-prezidenti Rüstəm Əzimov tutduğu vəzifəsindən istefa verdiyi üçün Rüstəm bəyin fikirlərini klubun mövqeyi kimi bildirmək tam yalnışdı. Rustəm bəyin fikirlərini "Şahdağ"ın movqeyi kimi təqdim edən saytlardan duzəliş etməyi xahiş edirik".

