"Özümüz də çaşqınlıq içindəyik ki, nəyə görə qarşımızda “qırmızı işıq” yandırdılar" - “Göyçə" rəsmisi

15 Sentyabr 2017 16:24 I Divizion 1 200
"Özümüz də çaşqınlıq içindəyik ki, nəyə görə qarşımızda “qırmızı işıq” yandırdılar" - “Göyçə" rəsmisi

Yay fasiləsində yaranan və birinci divizionda çıxış edəcəyi gözlənilən “Göyçə” AFFA və PFL-in birgə komissiyasının qərarı ilə çempionata buraxılmadı.

Problemin nədən qaynaqlandığını öyrənmək və klub rəhbəliyinin bundan hansı addımlar atmaq niyyətində olduğunu bilmək üçün “Göyçə”nin idman direktoru Zamin Əsədullayevin fikirlərini öyrəndik (Sportinfo.az):

“Bir neçə gün öncə 8 komandanın çempionata buraxılacağı məlum olduqdan sonra PFL-in prezidenti Ramin Musayevlə görüşdük. Bizə bildirdi ki, tələb olunan bəzi sənədlər qaydasında deyil. Biz də qısa müddətdə çatışmazlıqları aradan qaldıraraq komissiyaya təqdim etdik.

Açığı, bütün tələbləri yerinə yetirdiyimizdən fikirləşirdik ki, çempionata qatılacaq komandalar arasında “Göyçə” də olacaq. Ancaq dünən eşitdiyimiz xəbər bizi məyus etdi. Özümüz də çaşqınlıq içindəyik ki, nəyə görə bizə qarşımızda “qırmızı işıq” yandırdılar.

Çox maraqlıdı ki, iclasda iştirak edənlərin hamısı “Göyçə”nin sənədlərinin qaydasında olduğunu gördü. Ramin Musayev özü də bunu təsdiq etdi. Buna baxmayaraq, biz AFFA-dan ayrıldıqdan sonra başqa qərar qəbul ediblər.

Biz yenə ümidimizi üzmürük. Elə hesab edirik ki, haqqımız tapdalanmayacaq və “Göyçə” aşağı dəstədə çıxış edəcək. Komandanı çempionata buraxmaq fikirləri yox idisə, bunu əvvəlcədən bildirərdilər. belə də prezidentdə bu qədər vəsait xərcləməzdi.

Futbolçulara artıq bir aylıq əmək haqqı ödənilib, xaricdən geyim dəstləri gətirilib. Baş məşqçi məsələsinə gəlincə, Bəhmən Həsənov öz istəyi ilə düşərgədən ayrılıb. Komanda bu gün mənim rəhbərliyim altında məşqə çıxdı. Mətbuatda yazırlar ki, “Göyçə” dağılıb. Ancaq bu xəbərlər əsassızdı. Divizionda iştirakımız dəqiqləşən kimi yeni baş məşqçi ilə anlaşacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti