“Şahdağ” Dağıstan çempionatında. Niyə də yox?!" - Sportinfo.az xəbər verir ki, bu sözlər "Şahdağ"ın vitse-prezidenti Rüstəm Əzimova məxsusdu.
I Divizionunda oynayacaq komandalar dünən müəyyənləşib. AFFA və PFL-in birgə komissiyası I növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla I divizionda iştirak edəcək kollektivlərin sayını 10-ə endirib.
Qusar təmsilçisi həmin siyahıda yer almayıb. 11 ildi aşağı dəstədə çıxış edən "Şahdağ" indi ən yaxşı halda həvəskar statuslu "Region Liqası"nda mübarizə apara bilər. Şimallılar isə bu təkliflə razı deyil:
"Hər şey buna doğru gedirdi. Əvvəlcə hakimləri göndərdilər və klubu qəsdən uduzdurdular. Daha sonra isə klubun böhrandan neçə çıxış yolu tapacağına kənardan seyr etdilər. Və kömək etmək üçün bir addım da atmadılar.
Gördülər ki, "Şahdağ" dirçəldi, qərara gəldilər ki, ona birbaşa zərbə vursunlar – klubu çempionata buraxmadılar. Açıq şəkildi bildirdilər ki, sizləri sevmirik, “Şahdağ” Azərbaycan futboluna lazım deyil.
Səhərdən azarkeşlər mənə yazırlar. Təklif edirlər ki, klub Dağıstan çempionatında oynasın. Əgər “Şahdağ” Azərbaycana lazım deyilsə, o zaman Dağıstanda niyə oynamasın? Əminəm ki, orda klubu böyük məmnuniyyətlə qəbul edəcəklər. Niyə də yox?!".

