AFFA "Azenco"nun birdən-birə 2 klubunu niyə "vurdu"?

15 Sentyabr 2017 11:00 I Divizion 1 423
AFFA "Azenco"nun birdən-birə 2 klubunu niyə "vurdu"?

AFFA və Peşəkar Futbol Liqasının yaratdığı birgə komissiyanıın çıxardığı qərara əsasən, 6 kluba I divizionda çıxış etmək qadağası qoyulub.

Sportinfo.az xəbər verir ki, bu klublardan 2-si ölkəmizdə su və istilik elektrik stansiyaları, su və kanalizasiya sistemlərinin tikintisi ilə məşğul olan "Azenco" ASC şirkətinə məxsusdur. Söhbət Mingəçevirin "Energetik" və Qusarın "Şahdağ" klublarından gedir.

"Azərenerji"nin törəmə müəssisəsi olan "Azenco" faktiki olaraq Etibar Pirverdiyevə məxsusdur. Deməli, hər 2 klubun faktiki sahibi də Pirverdiyev sayılır. O isə birdən-birə 2 klubunun peşəkar futboldan getməsi ilə razı ola bilməz. Bu üzdən "Şahdağ"ın sərt şəkildə AFFA-ya etirazını bildirəcəyi gözlənilir.

Etibar Pirverdiyevə qarşı belə addımın atılması isə heç də təsadüfi deyil. Pirverdiyev artıq "yuxarılar"da etibarını itirmiş adamdır. Bu il mətbuatda onun prezidenti olduğu "Azərenerji"dəki maliyyə fırıldaqları barədə en qədər yazı dərc olunub. Bundan sonra o, mətbuatda özünü tərifləyən yazı hazırlatsa da, maliyyə maxinasiyaları dövlət nəzarətinə götürülüb. Hətta deyilənə görə, Pirverdiyevə ölkədən çıxmaq haqda qadağa qoyulub.

Əslində bu məsələdə "Energetik"dən fərqli, "Şahdağ" haqsız şəkildə çempionatdan uzaqlaşdırılıb. Çünki "Şahdağ" " bank zəmanəti üçün 150 min manatlıq sənədi AFFA-ya təqdim edib. Həmin pul hazırda Etibar Pirverdiyevin kurasiyasında olan "Ekspressbank"dadı.

Göründüyü kimi, 22 avqustdakı sənəd "Ekspressbank"ın İdarə Heyətinin sədr müavini Orxan Vahabov tərəfindən də imzalanıb. Bununla belə, AFFA bu şərti əsassız şəkildə qəbul etməkdən boyun qaçırıb.

Yeri gəlmişkən, "Şahdağ"ın prezidenti Ərəstun Niftiyevlə bu barədə danışmaq istəsək də, o, telefon zənglərimizə cavab vermək istəmədi. Ondan fərqli olaraq, "Energetik"in vitse-prezidenti Elbrus İsmayılov "prosport"un zənglərinə cavab verdi:

"Əvvəllər bizdən bank zəmanəti tələb olunmurdu. 14 il I divizionda çıxış edən bir klub kimi bizə güzəşt olunurdu. Onsuz da səfərlərə getməkdə problem yaşamırdıq. Həmişə sonadək çıxışımızı pis-yaxşı davam etdirmişik. Bu dəfə isə bu şərt irəli sürüldü. Biz də bank zəmanətini AFFA-ya təqdim edə bilmədik".

Elbrus İsmayılovdan AFFA-nın yeni yaratmaq istədiyi həvəskar statuslu "Region Liqası"nda iştirak edib-etməyəcəkləri barədə də soruşduq. O bu barədə "Azenco" rəhbərliyinin yekun qərarından sonra dəqiq məlumat verə biləcəyini bildirdi.

İstənilən halda, Azərbaycanın 4-cü böyük şəhəri Mingəçevirin, eləcə də futbolumuza Rahid Əmirquliyev, Rasim Ramaldanov kimi futbolçular bəxş etmiş Qusarın peşəkar futboldan kənarlaşdırılması yaxşı hal deyil.

Onsuz da bəllidi ki, I divizion bizdə yekunda çempionun elitaya vəsiqə qazanmadığı bir yerdir. O zaman bu klublara ciddi şərt irəli sürülməsi və ya hansısa qərəzli kənarlaşdırmanın olması futbolumuza daha bir zərbədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti