Azərbaycanda 6 klub "ölüm ayağı"ndadı - Divizion dağılır

14 Sentyabr 2017 18:48 I Divizion 1 674
Azərbaycanda 6 klub "ölüm ayağı"ndadı - Divizion dağılır

Yenir mövsümdən I Divizionda çıxış edəcək klubların tərkibi müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, yarışda 10 komanda mübarizə aparacaq.

Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I Divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla, divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib.

“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK-dan başqa, “Binə” və “Xəzər”in də I divizionda iştirakına icazə verilib.

Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 namizəd isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di.

Divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.

"Qara siyahı"ya düşənlərdən yalnız "Karvan"ın adı oyun "alver"ində çəkilmir. Yevlax təmsilçisi uzun fasilədən sonra futbol səhnəsinə dönməyə hazırlaşırdı və üzləşdikləri problem bank zəmanəti ala bilməməklə bağlıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti