Azərbaycanda məşqçi meydana çıxdı, 90 dəqiqə qapıda dayandı, kritik seyvlər etdi - VİDEO

21 Oktyabr 2023 16:00 I Divizion 3 393
Azərbaycanda məşqçi meydana çıxdı, 90 dəqiqə qapıda dayandı, kritik seyvlər etdi - VİDEO

Azərbaycan I Liqasında V tura yekun vurulub.

Turun son oyununda "Şamaxı" doğma meydanda "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ev sahibləri hər üç qolu müdafiəçilərinin səhvi ucbatından öz qapısında görüb. Aqil Nəsibov öncə rəqibin ayağından çıxan topu yaxın məsafədən «çərçivə»yə göndərib.

O, 43-cü dəqiqədə dublunu rəsmiləşdirib. Mingəçevirli hücumçu bu dəfə arxa xətt oyunçusunun qapıçıya ünvanladığı «yuvarlaq meşin»i ələ keçirərək, hesabı 2:0-a çatdırıb.

Bu dəqiqəyə kimi ftl qulağında yatan, stadiona toplşan 1000-dən artıq azarkeşin səs-küyünə oyanmayan «Şamaxı»lılar yalnız fasiləyə az qalmış özünə gəlib.

Elşad Tağıyev, 45+1-ci dəqiqədə başla qapını dəqiq nişan alıb. Cəlal Cəbrayılov isə 70-ci dəqiqədə status-kvonu bərpa eləyib.

Bu epizodda top qapı xəttini iki dəfə keçib, axırda baş hakim Vüqar Həsənov qolu qeydə alıb.

Gedişatın ruhdan salmadığı «işıqçılar» 81-ci dəqiqədə Əsədulla Heydərovla yenidən önə keçib və sevincini salto vurmaqla nümayiş etdirib.

Şamaxılılar matçın yerdə qalan bölümünü hücumda keçirib, 3 təhlükəli epizod yaradıb, fəqət, istəklərinə çatmayıblar.

«Mingəçevir» bundan ötrü kimə minnətdar olmalıdır? Əlbəttə ki, Elnar Kərimova!

Tanıdızmı onu? Yəqin ki.

Bir neçə il öncə karyerasını başa vurduğunu açıqlayan, ondan belə özünü məşqçi kimi sınayan Kərimov təkrar yaşıl sahələrə dönüb.

Samir Məmmədovun qapıçılar üzrə köməkçisi olaraq burada çalışan Kərimov məcburiyyət üzündən əlcəkləri geyinməli olub.

Qapıçılardan birinin cəzalı, digərinin zədəli olması onu «çərçivə» önünə keçmək tələbi ilə üz-üzə qoyub və o, bu imtahandan yaxşqı çıxıb.

90-cı dəqiqədə oyunun bərpasını ləngitməyə görə sarı vərəqə alan Elnar bir çox epizodda gənclik illərini yada salıb.

Xallarını 7-yə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xalı olan "Şamaxı" isə 4-cü yerdədir.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 1100 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Elman Kərimov, Anar Bədəlov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: İbrahim Aslanlı, 9 (qeyri-idman hərəkəti) // Elmin Bayramov, 37 (qeyri-idman hərəkəti); Elnar Kərimov, 90 (oyunun bərpasının ləngidilməsi); Hüseyn Əliyev, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Elşad Tağıyev,45+1; Cəlal Cəbrayılov, 70 // Aqil Nəsibov, 17; 43; Əsədulla Heydərov, 81
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 6 dəq..

“Şamaxı”

1. Əkpər Vəliyev
17. Elçin Rəhimli (k)
(21. Abbas Ağazadə, 84)
77. İbrahim Aslanlı
(97. Elşad Tağıyev, 34)
80. Zahid Mərdanov
20. Əli Mürsəlov
(11. Samir Məhərrəmli, 78)
13. Ramin Əhmədov
44. Salman Ələsgərov
99. Cəlal Cəbrayılov
(7. Emil Qasımov, 84)
56. Samir Ağayev
(88. Elçin Qasımov, 46)
74. Süleyman Damadeyev
9. Qurban Səfərov

Ehtiyat oyunçular:

62. Abdulla Seydəhmədov
22. Sahib Həsənov
23. Rövşən Şahmuradov
4. Kənan Quliyev
72. Xəyyam Hüseynov
3. Əbil Əbilov
8. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli

“Mingəçevir”

31. Elnar Kərimov
8. Elsevər Bəkirzadə (k)
10. Roman Hüseynov
77. Əsgər Hüseynov
11. Əsədulla Heydərov
(23. Vasif Cahangirov, 90+3)
60. Elmin Bayramov
81. Xəyal Muradov
33. Hüseyn Əliyev
18. Elvin Əliyev
45. Aqil Nəsibov
(7. Tural Məmmədzadə, 72)
15. Elnur Mirzəyev

Ehtiyat oyunçular:

13. Toğrul Məhəmmədbəyli
1. Eldar Tərlanov
20. Elçin Abdullayev
99. Tural Məmmədov
9. Vidadi Cəfərov
88. Nihad Xəlilli
14. Nicat Məmmədli

Baş məşqçi: Samir Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!