Bu kanal I Divizionu yayımlamaqdan imtina etdi

4 Sentyabr 2017 19:00 I Divizion 1 253
Bu kanal I Divizionu yayımlamaqdan imtina etdi

I Divizionun oyunları ARB kanalı vasitəsi ilə yayımlanmayacaq. Sportinfo.az xəbər verir ki, ARB Media Qrupun Strateji inkişaf, Marketinq və Media Direktoru İsmayıl Həsənov oxu.az-a bildirib ki, bu barədə mətbuatda yayılan məlumatlar əsassızdı.

“Ölkəmizdə 2 idman kanalı var və onlarda öz sahələri üzrə kifayət qədər uğurlu iş aparırlar. Yayılan məlumatlar tamami ilə yanlışdı.

ARB Media Qrup olaraq I divizionunun oyunlarının yayımı ilə bağlı nə AFFA ilə, nədə ki, PFL-ilə heç bir danışıq aparmışıq.

İdman oyunlarının yayımı nə bizim yayım konsepsiyamıza uyğundur, nə ki, hazırki texniki imkanlarımıza. Yaxın gələcək üçündə bu kimi planlarımız yoxdu.

ARB TV olaraq yeni mövsümdə də xəbər, veriliş, serial, film və s. bunu kimi teleməhsullar ilə tamaşaçılarımızın qarşısına gələcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti