2017/2018 mövsümündə I Divizionda çıxış etmək üçün Peşəkar Futbol Liqasına (PFL) beş yeni klub müraciət edib.
“Binə”, “Göyçə”, “Vətən” və “Karvan”la yanaşı, daha bir klub aşağı dəstədə mübarizə aparmaq niyyətindədi. Bu, paytaxtı təmsil edəcək “Xəzər”di.
Hazırda müraciətlərə baxılır. Yekun qərarı sentybarın 6-da AFFA və PFL-in birgə təşkil edəcəyi komissiya verəcək. Və yəqin ki, hamısı çempionata buraxılacaq.
“Karvan” əvvələr Premyer Liqada və I Divizionda çıxış edib. Ötən mövsüm yarışda iştirak edən “Şəmkir”, “Rəvan” və “Şərurspor” növbəti çempionatda yer almayacaq.
Sportinfo.az-ın məlumatına görə, "Göyəzən" və "Energetik"in növbəti sezonun iştirakçıları arasında yer alması sual altındadı. Səbəb hər iki klbun maliyyə vəziyyətinin yetərincə pis olması və adlarının oyun "alver"ində mütəmadi şəkildə hallanmasıdı.

