I Divizionda yeni mövsümə hazırlaşan MOİK növbəti yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, "hərbçilər" bu dəfə yeni yaradılmış və elə Birinci Divizionda çıxış edəcəyi gözlənilən "Vətən"lə qarşılaşıb.
Oyun MOİK-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissəsi 1:1 hesablı ilə başa çatan qarşılaşmada MOİK adına ilk qolu Rəhman Musayev vurub. Fasilədən sonra isə Ayaz Mehtiyev qələbə topuna imza atıb.
Bu, MOİK-in hazırlıq dövründə 4-cü oyunu olub. Daha əvvəl "hərbçilər" "Səbail"in əvəzedici komandasını (5:4) və "Göyçə"ni (5:3) məğlub etmiş, "Qaradağ Lökbatan" ilə heç-heçə (2:2) oynamışdı.

