I Divizionda yeni mövsümün sentyabrın ikinci yarısında start veriləcək. Yarışmaçıların mütləq əksəriyyəti bəllidi. Ötən mövsüm məqsədinə çata bilməyən "Şəmkir"in taleyi isə hələ də qeyri-müəyyəndi.
Hər şey sabahkı görüşün nəticəsindən asılıdı. Sportinfo.az-ın məlumatına görə, Rusiyada yaşayan tanınmış şəkirli iş adamlarından biri klubu himayəsinə götürməyə razılıq verib.
Amma bu məsələdə həlledici rol yerli icra başçısı Alimpaşa Məmmədovundu. Sabah rayon rəhbərliyi ilə görüşməyi planlaşdıran klub rəsmiləri məhz bununla bağlı onun xeyir-duasını almağa çalışacaq.
Əgər başçı Peşəkar Futbol Liqasının tələb etdiyi 300 min manatlıq bank zəmanətini versə və Olimpiya Kompleksinə olan köhnə borcu ödəməyə razılaşsa, "Şəmkir" həftəsonu bir araya gələcək.
Şəmkirli biznesmen keçən sezondan qalan borcları ödəmək niyyətində deyil. Bu, hardasa 60-70 min manat civarında pul deməkdi. Elvin Səfərli hamını aldada-aldada ölkənin ən tilullu klublarından birini gətirib vəziyyətə çıxarıb.
"Şəmkir" yaşasa belə, iddialı olmayacaq. "Ağ-yaşıllar"ın özəyini yerli gənclər təşkil edəcək. Təbii, indiki məqamda əsas məsələ rayonda futbolun batmasına imkan verməməkdi.

