Bakıda yeni yaranan klubun sahibinin iddiası – Premyer Liqa!

17 Avqust 2017 12:24 I Divizion 1 668
Bakıda yeni yaranan klubun sahibinin iddiası – Premyer Liqa!

Dünən xəbər verdiyimiz kimi, Azərbaycanda yeni futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib - "Xəzər" Bakını təmsil edir.

Paytaxtda məskunlaşan komanda növbəti mövsümdən I Divizionda mübarizə aparacaq. Artıq Peşəkar Futbol Liqası ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

"Xəzər" yaxın günlərdə seleksiyaya başlayacaq. İlk mərhələdə çalışmalar "Sərhədçi" İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq.


Sportinfo.az-ın məlumatına görə, artıq komandanı kimin çalışdıracağı dəqiqləşib. Ötən mövsüm "Səbail"də Elman Sultanovun köməkçisi işləyən Rövşən Qasımov sükan arxasına gətirişlib. Gənc mütəxəssisin qarşısına iddialı kollektiv qurmaq vəzifəsi qoyulub.

Prezident Mahir Məmmədovdu. Xeyr, o, AFFA İcraiyyə Komitəsinin üzvü, "SOCAR Georgia"nın prezidenti deyil. Sözügedən şəxs iş adamıdı, İngiltərədə ali təhsil alıb. Məqsədi ən qısa müddətdə "Xəzər"i Premyer Liqada görməkdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti