"Xəzər" I Divizionda!

16 Avqust 2017 19:48 I Divizion 2 802
"Xəzər" I Divizionda!

Azərbaycanda yeni futbol klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Sportinfo.az-ın məlumatına görə, "Xəzər" Bakını təmsil edir.

Paytaxtda məskunlaşan komanda növbəti mövsümdən I Divizionda mübarizə aparacaq. Artıq Peşəkar Futbol Liqası ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

"Xəzər" yaxın günlərdə seleksiyaya başlayacaq. İlk mərhələdə çalışmalar "Sərhədçi" İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq.

Divizionda yeni sezonun startı sentyabrın ortalarına təsadüf edəcəyindən, hazırlıq üçün vaxt heç də az deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti