Bu mövsümdən I Divizionda yeni klub çıxış edəcək. Sportinfo.az xəbər verir ki, “Vətən” özünü aşağı dəstədə sınayacaq. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən eyniadlı idman mərkəzinin təmsilçisi baş məşqçi postuna Arif Əsədovu gətirib.
Ona “Neftçi“də birgə çalışdığı Elmir Xankişiyev kömək edəcək. İki ildən çoxdu işsiz olan mütəxəssisi “Vətən”ə Təbriz Həsənov məsləhət görüb. 19 yaşlılardan ibarət yığmanı çalışdıran “Snikers Təbriz“ klubun rəhbəri Mustafa Həsənovun yaxın qohumudu.

