Zaqatalada şəhərin eyni adlı komandası ilə “Səbail”in 19 yaşlılardan ibarət komandası arasında keçirilən yoxlama görüşü yarımçıq başa çatıb.
Sportinfo.az rekord.az-a istinadən xəbər verir ki, buna “Səbail”in baş məqçisi Vasif Haqverdiyevin komandasını meydandan kənara çıxarması səbəb olub.
Oyunun ilk dəqiqələrindən yerli komandanın üzvləri özlərindən yaşca kiçik olan “Səbail” futbolçularına qarşı kobud oynamaqla rəqiblərinin gözlərini qorxutmağa çalışıblar. Hətta bir neçə epizodda bu kobudluqlar zədələnmə təhlükəsi də yaradıb.
Haqverdiyev oyunu idarə edən yerli hakimlərə və rəqib komandanın məşqçilər korpusuna öz etirazını bildirsə də, bu etirazlardan bir nəticə hasil olmayıb.
Əlacsız qalan məşqçi oyunun 13-cü dəqiqəsində komandasını meydandan kənara çağıraraq onlara soyunub-geyinmə otağına yollanmağı göstəriş verib.
Bu komandalar arasında bir neçə gün öncə də görüş keçirilmiş və meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanmışdı.

