"Binə"dən Amil transferi

12 Avqust 2017 15:00 I Divizion 678
"Binə"dən Amil transferi

Növbəti mövsümdə birinci divizionda çıxış edəcək "Binə" heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi təcrübəli qapıçı Amil Ağacanovla anlaşıb.

Bu barədə məlumatı klubun rəsmi “facebook” hesabı yayıb. 34 yaşlı qapıçı növbəti mövsümdən etibarən "Binə"nin uğurları üçün çalışacaq.

Amil ötən mövsüm birinci divizion təmsilçisi “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Muğan”, AZAL, “Simurq” kimi komandaların da şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti