Rəhman Şabanov vurdu, "Zaqatala" "Səbail"ə qalib gəldi

7 Avqust 2017 09:00 I Divizion 953
Rəhman Şabanov vurdu, "Zaqatala" "Səbail"ə qalib gəldi

I Divizionda mübarizə aparan "Zaqatala" yeni mövsümün hazırlıqlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, Şaban Şirdanovun yetirmələri hazırlıq matçında qüvvəsini sınayıb.

Zaqatalalılar Premyer Liqa təmsilçi "Səbail"in 19 yaşlılardan ibarət komandası ilə üz-üzə gəlib. Zaqatala Olimpiya Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Görüşdə yeganə qolun müəllifi Rəhman Şabanov olub. Avqustun 12-si bu komandalar arasında daha bir oyun keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti