"Şüvəlan" "Kəpəz"lə üz-üzə

6 Avqust 2017 16:53 I Divizion 709
"Şüvəlan" "Kəpəz"lə üz-üzə

I Divizion təmsilçisi "Şüvəlan" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək.

Aqil Nəbiyevin yetirmələri bu dəfə Premyer Liqada mübarizə aparan "Kəpəz"lə qarşılaşacaq. Görüş avqustun 7-də keçiriləcək. "Dalğa Arena"da baş tutacaq matç saat 18:00-da başlayacaq.

"Şüvəlan" hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"a 3:1 , "Zirə"nin əvəzedici heyətinə 5:0, "Sumqayıt"ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4, 19 yaşlıardan ibarət milli komandamıza isə 0:2, "Səbail"ə isə 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM