"Zirə" "Binə"yə məğlub oldu

5 Avqust 2017 09:12 I Divizion 859
"Zirə" "Binə"yə məğlub oldu

Birinci Divizionda debütə hazırlaşan "Binə" komandası növbəti mövsüm öncəsi təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, sözügedən kollektivin rəqibi "Zirə"nin əvəzedici heyəti olub. Binə qəsəbə stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda binəlilər 4:2 hesablı qələbəyə seviniblər.

"Binə"nin heyətində Məhəmməd Bədəlbəyli dubla imza atıb, Rinat Aşirov və Əliağa Xudiyev isə hərəyə 1 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti