"Şüvəlan" "Səbail"lə bir yerdə

3 Avqust 2017 20:12 I Divizion 577
"Şüvəlan" "Səbail"lə bir yerdə

I Divizion təmsilçisi "Şüvəlan" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir. Sportinfo.az xəbər verir ki, qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək.

Aqil Nəbiyevin yetirmələri bu dəfə Premyer Liqada mübarizə aparan "Səbail"lə qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək. "Dalğa Arena"da baş tutacaq matç saat 18:00-da başlayacaq.

"Şüvəlan" hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"a 3:1 , "Zirə"nin əvəzedici heyətinə 5:0, "Sumqayıt"ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4, 19 yaşlıardan ibarət milli komandamıza isə 0:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti