Tərlan Əhmədovun köməkçisi I Divizion klubunda işləyəcək

3 Avqust 2017 18:36 I Divizion 825
Tərlan Əhmədovun köməkçisi I Divizion klubunda işləyəcək

Cari mövsüm qarşısına Azərbaycan I Divizionunda çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyan MOİK bu istiqamətdə növbəti addımı atıb.

Sportinfo.az xəbər verir ki, "hərbçilər" yeni məşqçi ilə güclənib. Belə ki, Vadar Nuriyev bundan sonra MOİK-in uğurları üçün çalışacaq.

Baş məqşçinin köməkçisi işləyəcək Nuriyev buna qədər U-19 millisində, AZAL-da baş məşqçinin köməkçisi, "Olimpik-Şüvəlan"da, "İnter"in əvəzedici komandasında, "İnter"in U-19 komandasında baş məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti