"Neftçi" 5 ildən sonra I Divizionda… Bunu da gördük!

21 Dekabr 2021 01:20 I Divizion 1 985
"Neftçi" 5 ildən sonra I Divizionda… Bunu da gördük!

I Divizionun XII turunun “Neftçi-2” – MOİK oyunu yüksək məhsuldarlığı ilə əlamətdar olub.

Sportinfo.az xəbər bverir ki, meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi matçda 10 qol vurulub.

Bu, son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə üçüncü dəfə belə məhsuldarlıq qeydə alınıb.

2018/19 mövsümünün “Səbail-2” – “Sumqayıt-2” (5:5) və 2019/20 mövsümünün “Turan Tovuz” – “Qaradağ Lökbatan” (6:4) qarşılaşmalarında da 10 top vurulub.

I Divizionda daha çox qola sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Səbail” – “Bakılı”nı 11:3 hesabı ilə üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti