"Neçə aydır buradayıq, hələ problemlə qarşılaşmamışıq"

19 Dekabr 2021 21:20 I Divizion 719
"Neçə aydır buradayıq, hələ problemlə qarşılaşmamışıq"

«Komandanı bu qış fasiləsində gücləndirməyi planlaşdırırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un baş məşqçisi Rövşən Babayev deyib.

I Divizionun bürünc medalçısı ilin başa çatmasını gözləyir. Yayda heyətini əsasən gəncləşdirən və sezonun geridə qalan 12 həftəsində 11 xal toplayan qərb təmsilçisi bütün ümidlərini dövrələrarası fasiləyə bağlayıb.

Hər halda R.Babayev bunun zəruri olması qənaətindədir:

«Klubumuzun maliyyə sıxıntısı yoxdur. Neçə aydır buradayıq, hələ problemlə qarşılaşmamışıq. Çalışırıq çıxış yolu tapaq.

Bizdə problem təcrübədədir. Yerli akademiyadan çıxanlarla nisbətən yaşlıların arasında bu fərq özünü göstərir. Bu da bizi bir az geri atır.

Qış fasiləsində heyəti gücləndirib, yuxarı yerlərin birində möhkəmlənməliyik. Divizionda yaş limiti dəyişəndən sonra komandalar arasında rəqabət çox artıb.

Premyer Liqanın əvəzedici heyətləri bir qədər fərqlənir. Çünki onların «yuxarı»dan futbolçu götürmək imkanı var.

Bizim üçün ən ümidverici məqam budur ki, ən cavan futbolçuları meydana buraxırıq. İstəyirik ki, onlarda «artım» olsun».

Digər Xəbərlər
Xəbər Lenti