Millinin sabiq qapıçısı Divizionda problem yaşadı - FOTOLAR

18 Dekabr 2021 20:20 I Divizion 1 524
Millinin sabiq qapıçısı Divizionda problem yaşadı - FOTOLAR

I Divizonda 12-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

"Keşlə-2" "Zirə-2"yə 3:1, "Turan Tovuz" "Səbail-2"yə 4:2 hesabı ilə qalib gəlib.

Tur debütlə əlamətdar olub. Anar Nəzirov mövsümdə ilk dəfə meydana çıxıb. “Zirə”nin heyətinə düşməkdə çətinlik çəkən təcrübəli qapıçı “Zirə-2”də debüt edib.

Xeyli müddət Azərbaycan millisinin qapıçıları sırasında yer alan Anar “Keşlə-2” ilə səfər matçına çıxıb.

Qolkiper artıq matçın 51-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, meydandan qovulanadək 1 qol da buraxıb.

"Keşlə-2" - "Zirə-2" -3:1
Qollar:
Əli Mürsəlov 24 (0:1), Bahahur Həziyev, 38 (1:1), Fərid Nadirov, 78 (2:1), Emin Quliyev, 79 (3:1)
Qırmızı vərəqə:Anar Nəzirov, 51 ("Zirə")

"Turan Tovuz" - "Səbail-2" 4:2
Qollar:
Akif Tağıyev, 10 (1:0), Rövşən Şahmuradov, 14 (2:0), Elşad Tağıyev, 45+2 (2:1), Kənan Mirzəliyev, 62 (2:2), İzzət Müştaqov, 73 (3:2), Səbayil Bağırov, 89 (4:2)

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 11 8 1 2 23-9 25
2 Keşlə-2 11 6 3 2 18-9 21
3 Kəpəz 11 5 6 0 21-13 21
4 MOİK 11 6 2 3 23-14 20
5 Qarabağ-2 11 5 4 2 22-13 19
6 Sabah-2 11 5 2 4 16-15 17
7 Neftçi-2 11 5 2 4 23-18 17
8 Zaqatala 11 4 3 4 15-16 15
9 Sumqayıt-2 11 4 1 6 10-18 13
10 Turan Tovuz 11 3 2 6 14-20 11
11 Səbail-2 12 2 2 8 15-25 8
12 Qəbələ-2 11 2 2 7 14-20 8
13 Zirə-2 11 1 2 8 10-34 5

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 12 qol
Kamran Quliyev ("Sabah-2") - 6 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 5 qol
Anatole Abanq ("Keşlə-2") - 5 qol

Digər Xəbərlər
Xəbər Lenti