Baxın, bu da Divizion: “Kəpəz“ və “Neftçi” coşdu - VİDEO+FOTOREPORTAJ

18 Dekabr 2021 01:50 I Divizion 972
Baxın, bu da Divizion: “Kəpəz“ və “Neftçi” coşdu - VİDEO+FOTOREPORTAJ

I Divizionda XII tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ-2” səfərdə “Qarabağ-2”la qarşılaşıb.

Binə qəsəbə stadionunda baş tutan görüşdə hesab ilk yarının sonlarında açılıb. İki qol vuran meydan sahibləri fasiləyə üstün yollanıblar. Famil Xəlilovun yetirmələri oyunda dönüş yaratmağa çalışsalar da, istəklərinə nail olmayıb.

Görüşün uzatma dəqiqələrində daha bir top buraxan “qırmızı-qaralar” paytaxt səfərindən xalsız ayrılıb. 11 oyunda 8 xal toplayan “Qəbələ-2” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

“Kəpəz” Gəncədə “Zaqatal”nı məğlub edib. Mahmud Qurbanovun çalışdırdığı “Neftçi” MOİK-i darmadağın edib – 7:3. “Sumqayıt” isə “Sabah”dan üstün olub.

"Qarabağ-2" – "Qəbələ-2" 3:0
Qol:
Sultan Mustafayev, 32. Əli Nəcəfli, 41. Musa Musazadə, 90+5.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Əli Əlizadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu

"Sumqayıt-2" – "Sabah-2" 1:0
Qol:
Cəlal Cəbrayılov, 20.
Hakimlər: Emin Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Sumqayıt şəhər stadionu

"Kəpəz" – "Zaqatala" 3:2
Qol:
Röyal Əhmədov, 17. Tural Rzayev, 26. Cavid İmamverdiyev, 45+1 – Roini İsmayılov, 72. İbrahim Camalov, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Gəncə şəhər stadionu

"Neftçi-2" – MOİK 7:3
Qol:
Fərid Yusifli, 36; 51. Vüsal Əsgərov, 39; 87. Asim Əlizadə, 68; 78; 89 – Emin Zamanov, 10-avtoqol. Nurlan Məmmədov, 32. İsa Zeynallı, 61-pen.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Cavid Cəlilov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi”nin məşq meydançası (4-cü meydança)

18 dekabr

"Keşlə-2" – "Zirə-2"
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASK Arena”, 14:00

"Turan Tovuz" – "Səbail-2"
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 14:00

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 11 8 1 2 23-9 25
2 Kəpəz 11 5 6 0 21-13 21
3 MOİK 11 6 2 3 23-14 20
4 Qarabağ-2 11 5 4 2 22-13 19
5 Keşlə-2 10 5 3 2 15-8 18
6 Sabah-2 11 5 2 4 16-15 17
7 Neftçi-2 11 5 2 4 23-18 17
8 Zaqatala 11 4 3 4 15-16 15
9 Sumqayıt-2 11 4 1 6 10-18 13
10 Qəbələ-2 11 2 2 7 14-20 8
11 Səbail-2 11 2 2 7 13-21 8
12 Turan Tovuz 10 2 2 6 10-18 8
13 Zirə-2 10 1 2 7 9-31 5

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 12 qol
Kamran Quliyev ("Sabah-2") - 6 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 5 qol
Anatole Abanq ("Keşlə-2") - 5 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"