“Premyer Liqa ilə Divizionun səviyyəsi arasında yerlə göy qədər fərq var”

11 Dekabr 2021 18:00 I Divizion 943
“Premyer Liqa ilə Divizionun səviyyəsi arasında yerlə göy qədər fərq var”

Ölkə kubokunun 1/8 dinal mərhələsində I Divizion komandaları ilə Premyer Liqa təmsilçilərinin qarşılaşmalarında elitadan olanların ev sahibliyi etməsi birmənalı qarşılanmır.

Halbuki “Sabah”la oyunu ev-səfər püşkatması etmədən Gəncəyə təyin etmək məqsədəuyğun olardı

. Ən azı, yerli futbolsevərlərin 2 saatlıq da olsa üzləri gülərdi. Baş məşqçi Yaşar Vahabzadə də əksəriyyətin düşündüyü kimi fikirləşir:

“Bu haqda danışmaq artıq gecdir. Çünki püşkatma olub. Püşkatmadan əvvəl reqlamentdə dəyişiklik etmək olardı ki, kubokda Birinci Divizionla Premyer Liqa komandalarının qarşılaşmalarında meydan sahibi divizion təmsilçisi olsun.

Onsuz da, cütün taleyi bir oyunda həll olunur. Belə etməklə bölgələrdə bayram ab-havası hiss olunar, insanlar sevinər.

Düşünmürəm ki, Premyer Liqa komandaları bu ideyaya etiraz etsin. Çünki iki çempionatın səviyyəsi arasında yerlə göy qədər fərq var”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti