"Sabah"a qarşı əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik”

11 Dekabr 2021 13:40 I Divizion 603
"Sabah"a qarşı əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik”

“Oyuna yaxşı hazırlaşmışıq. İtkilərimiz var”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”la keçiriləcək oyun barədə danışarkən deyib.

Bu gün “Bank Respublika Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq. Təcrübəli mütəxəssis Premyer Liqa təmsilçisi ilə duelin çətin olacağını söyləyib:

"Çempionatdakı ötən turu nəzərə almasaq, “Sabah” son matçlarda yaxşı nəticələr qazanıb, onlarda ruh yüksəkliyi var.

Rəqibimiz güclüdür. Cari mövsümdə görüşəcəyimiz ən güclü komanda olacaq. Səfərdə oynayacağıq, bizi çətin, gərgin mübarizə gözləyir.

Çalışacağıq ki, yaxşı oyun, xarakter göstərək, layiqli şəkildə mübarizə aparaq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti