"Bu, ildə bir dəfə ələ düşən şansdır, vitrindir"

10 Dekabr 2021 13:00 I Divizion 798
"Bu, ildə bir dəfə ələ düşən şansdır, vitrindir"

Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünə start veriləcək.

Kubok yarışı 1/8 final mərhələsinin görüşləri ilə başlayacaq.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. "Səbail" I Divizion təmsilçisi"Zaqatala"nın, "Qəbələ" isə MOİK-in qonağı olacaq.

"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportinfo.az-a açıqlamasında bütün çətinliklərə baxmayaraq, meydana uduzmaq üçün çıxmayacaqlarını, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Kubok oyunudur, ildə bir dəfə ələ düşən şansdır. Hər nə qədər çətinliklər olsa da, əllərimizi yanımıza salmaq fikrində deyilik.

Ötən mövsümdə də ictimaiyyət Divizion təmsilçilərindən heç nə gözləmirdi. Amma oyunumuzla çoxlarını təəccübləndirməyi bacarmışdıq.

Futbolçular da yaxşı başa düşür ki, kubok görüşləri onlar üçün vitrindir. Ona görə də ən yaxşısını etməlidirlər.

“Səbail”in çempionatda işləri yaxşı getmir deyə, onlar da bütün gücü kuboka qoyacaqlar.

İstənilən halda, ən yaxşısına ümid edirik. Uğur qazanmaq üçün nə bacarırıqsa, edəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti