“Elxan Məmmədov mənə dedi ki, gələn mövsümdən Premyer Liqada...”

9 Dekabr 2021 14:40 I Divizion 1 131
“Elxan Məmmədov mənə dedi ki, gələn mövsümdən Premyer Liqada...”

“Elxan Məmmədovla rayonumuza son səfəri zamanı konkret söhbətimiz olmadı”.

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov regionlara səfər çərçivəsində noyabrın 16-da Zaqatalaya gedib.

Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş keçirilib. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Tədbirin sonunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və Zaqatalanın eyniadlı klubunun prezidenti Musa Qurbanovun iştirakı ilə uşaqlarla oyun keçirilib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə iştirak edən I Divizion klubunun rəhbəri E.Məmmədovun ona nə söylədiyini açıqlayıb:

“Mənə dedi ki, gələn mövsümdən Premyer Liqada komanda sayını artırmaq istəyirik. O, ad çəkmədi, sadəcə, iştirakçı sayını 10-a çatdırmağı planlaşdırdıqlarını söylədi.

Elxan Məmmədov onu da qeyd etdi ki, hər şey maliyyə vəziyyətindən asılı olacaq. Mən də bildirdim ki, “Zaqatala” şərait və infrastruktur olaraq Premyer Liqada mübarizə aparmağa hazırdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti