“Görək, nə olur” – “Kəpəz”də onu narahat edən məqamı gizlətmədi

8 Dekabr 2021 21:20 I Divizion 878
“Görək, nə olur” – “Kəpəz”də onu narahat edən məqamı gizlətmədi

“Gəncə stadionunda soyunub-geyinmə otaqları sökülüb deyə, müvəqqəti Bakıda məskunlaşmışıq.

“Dalğa Arena”da məşq edir, oyuna hazırlaşırıq”.

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la oyunundan əvvəl Sportinfo.az-a danışıb.

Təcrübəli mütəxəssis Premyer Liqa təmsilçisi ilə qarşılaşma haqda iddialı açıqlamalardan yan ötsə də, onu narahat edən məqamı gizlətməyib:

“Komandada ab-hava yaxşıdır. Məqsədimiz məzmunlu oyun göstərməkdir. Futbolda nəticə haqda əvvəldən danışmaq düzgün deyil.

Meydana çıxıb bacardığımızın ən yaxşısını edəcəyik. Görək, yekunda nə olur. Komandada zədəli futbolçuların çoxluğu bizi narahat edir.

Cavid İmamverdiyev kimi aparıcı futbolçumuz zədə səbəbindən “Sabah”a qarşı oynaya bilməyəcək.

Onsuz da, zədəliydi, son matçda vəziyyəti bir az da pisləşdi. Nihat Fərəcli də zədədən əziyyət çəkir. Ümid Səmədov zədədən və xəstəlikdən qayıdıb, formasını tam bərpa edə bilməyib.

Bir neçə futbolçuda mikrozədələr var, inşallah, oyun gününə qədər vəziyyət yaxşıya doğru dəyişər”.

“Sabah” – “Kəpəz” görüşü dekabrın 11-də “Bank Respublika Arena”da keçiriləcək ki, oyun saat 18.00-da başlayacaq.

Bu komandalar ötən mövsümün kubok yarışında üz-üzə gəlmiş, 1/8 final mərhələsində baş tutan oyunda “Kəpəz” “Bank Respublika Arena”da çoxlarının gözləmədiyi halda “Sabah”ı 2:1 hesabı ilə məğlub etmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti