“Zaqatala”nın prezidenti Musa Qurbanov maraqlı fakt açıqlayıb.
O, bu barədə "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə danışıb.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qonaq olan I Divizion klubunun rəhbəri Qurban Qurbanovun onlara dəstək verdiyini bildirib.
Uzun illərdir Azərbaycan futboluna xidmət edən M.Qurbanov “Qarabağ”ı çalışdıran qardaşının “Zaqatala”nın futbolçularına mükafat verdiyini söyləyib.
Onun dediyinə görə, Q.Qurbanov komandanın çıxışını daim diqqət mərkəzində saxlayır və yeri gələndə, oyunçuları ruhlandırmaq məqsədilə öz cibindən mükafat ayırır:
“Düzdür, bu, həmişə olmur, ancaq Qurban müəllim çalışır ki, hansısa formada doğma rayonunun komandasına dəstək versin”.

