"Hiss edirəm ki, klubumuz yeni mövsümdə Premyer Liqadan kənarda qalacaq"

6 Dekabr 2021 23:20 I Divizion 2 053
"Hiss edirəm ki, klubumuz yeni mövsümdə Premyer Liqadan kənarda qalacaq"

"Hamı son vaxtlar yalnız "Turan" və "Kəpəz"dən danışır, bizim klubu yada salan yoxdur".

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qonaq olan müsahib rəhbəri olduğu klubun Premyer Liqada mübarizə aparmaq perspektivi barədə danışıb.

Təcrubəli futbol adamının bildirdiyinə görə, onun AFFA-nın "Zaqatala"nı yeni mövsümdə elitaya buraxacağına gümanı azdır:

"Bilirsiz ki, federasiya Tovuzda akademiya tikib. İkinci belə akademiyanı da Gəncədə tikməyi planlaşdırırlar.

Hiss edirəm ki, klubumuz yeni mövsümdə Premyer Liqadan kənarda qalacaq. Mənə bunu deyən olmayıb, sadəcə, müşahidələrimə əsasən, belə düşünürəm.

Bəlkə də yanılıram, hər şeyi zaman göstərəcək. Ürəyim mənə deyir ki, «Turan və «Kəpəz» Premyer Liqaya gedəcək, «Zaqatala» isə yenə Divizionda qalacaq.

Halbuki böyük futbol üçün ən yaxşı şərait bizim rayounumuzdadır. Stadion, baza… Hər cür infrastruktur mövcuddur.

Vaxtilə Zaqatalada bir çox legionerlər çıxış edib, ailələri burada qalıb. Onlar belə, rayonda yaradılan şəraitdən həmişə razılıq bildiriblər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti