Millilərin yeni baş məşqçisi Divizion klubundan ayrılacaqmı?

5 Dekabr 2021 18:00 I Divizion 918
Millilərin yeni baş məşqçisi Divizion klubundan ayrılacaqmı?

AFFA tərəfindən 15 və 16 yaşlılardan ibarət yığmaların baş məşqçisi təyin olunan Füzuli Məmmədov əvvəlki iş yerindən ayrılmayacaq.

Bu barədə Sportinfo.az-a mütəxəssisin özü məlumat verib.

Щnun sözlərinə görə, "Qaradağ Lökbatan"da fəaliyyətini davam etdirəcək: "Qaradağ Lökbatan"da çalışmağım sırf "Pro" kateqoriyasını görədir.

Bilirsiz ki, "Pro"nun tələblərindən biri iş yerinin olmasıdır. Yəni ki, kursda iştirak etmək istənilən məşqçi ya Premyer Liqada, ya da aşağı dəstədə işləməlidir.

Hazırda da kurs davam edir. Burada verilən tapşırıqların hər biri əsas komanda üçün nəzərdə tutulub. Kurslar may ayında başa çatacaq.

Ona kimi "Qaradağ Lökbatan"da qalacam. Bunu da nəzərə alın ki, mən burada əməkhaqqı almıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti