AFFA 4 rayonu Diviziona gətirir - YENİ KONSEPSİYA

29 Noyabr 2021 20:40 I Divizion 8 075
AFFA 4 rayonu Diviziona gətirir - YENİ KONSEPSİYA

Azərbaycanın bölgələrində futbol klublarına dəstək fondu təsis olunacaq.

Bu, AFFA İcraiyyə Komitəsinin dekabrın 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Federasiyanın açıqladığı məsələ böyük maraq doğurub.

Redaksiyamıza daxil olan məlumata görə, AFFA Premyer Liqa və I Divizionla bağlı yeni konsepsiya üzərində işə başlayıb. Burada söhbət növbəti mövsümü əhatə edəcək fəaliyyət proqramından gedir.

Hələlik I Divizion haqda…

Plana əsasən, Mingəçevir, Lənkəran, Qusar və İsmayıllı rayonlarının təmsilçiləri aşağı dəstədə mübarizə aparacaq. Federasiya onların maddi-texniki bazasının yaradılmasında yaxından iştirak edəcək.

Təbii ki, təkbaşına yox. Bu işdə yerli İcra Hakimiyyətləri də məsuliyyəti bölüşəcək.

Həmçinin bələdiyyə orqanları və rayon ərazisində fəaliyyət göstərən biznes subyektləri komandaların maliyyələşdirilməsi prosesində rol alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti