Başçı ilə AFFA arasında razılaşma: “Kəpəz”i Premyer Liqaya qaytarın, biz də...” - FOTOREPORTAJ

26 Noyabr 2021 22:20 I Divizion 2 577
Başçı ilə AFFA arasında razılaşma: “Kəpəz”i Premyer Liqaya qaytarın, biz də...” - FOTOREPORTAJ

Gəncə şəhər İcra Hakimiyyəti “Kəpəz”ə maddi-mənəvi dəstək verəcək.

Bu icra başçısı Niyazi Bayramovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında keçirilən görüşdə razılaşdırılıb.

O, klubun Premyer Liqada çıxışını arzuladıqlarını və bu yolda əllərindən gələni edəcəklərini bildirib.

Federasiyanın əsas siması da Gəncə klubunu növbəti sezon üçün elitaya qaytarmağa hazırlaşdıqlarını və bundan irəli gələn məsələlərin həlli istiqamətində real addımlar atdıqlarını söyləyib.

O, yerli rəsmi dairələrin “Kəpəz”ə yardımının vacib olduğunu vurğulayıb.

Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə Elxan Məmmədov aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Ardınca E.Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb, futbolun inkişafı, bölgələrdə kütləviliyinin artırlması istiqamətində fikir mübadiləsi aparılıb.

Elxan Məmmədov klub rəhbərliyi ilə də görüşüb. "Sarı-göylər"in icraçı direktoru İlqar Nadiri qonağa klubun və şəhər stadionun vəziyyəti ilə bağlı məlumat verib.

Əsas komandanın və aşağı yaş qrupları üzrə kollektivlərin çıxışından danışıb. İnkişaf üçün maddi-texniki bazanın möhkəmləndirilməsinin vacibliyinə toxunub.

AFFA-nın icraçı vitse-prezidenti daha sonra Gəncə şəhərində AFFA tərəfindən inşa olunacaq Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti