“Məni buradan Elxan Məmmədovdan başqa heç kəs çıxara bilməz”

20 Noyabr 2021 19:00 I Divizion 2 246
“Məni buradan Elxan Məmmədovdan başqa heç kəs çıxara bilməz”

Yaşar Vahabzadə “Kəpəz”in baş məşqçi postunu tərk etmək fikrində deyil.

Iki ildən artıqdır Gəncə təmsilçisini çalışdıran mütəxəssis hələ uzun müddət hazırkı iş yerində qalacağını bildirib.

O, bununla bağlı planlarını kollektiv üzvləri ilə söhbətində dilə gətirib. Gənclər yığmasının sabiq sükançısı ondan narazı azarkeşlərin nəyəsə nail ola bilməyəcəyini söyləyib:

“Mən bura AFFA tərəfindən təyin olunmuşam. Hamı eşitsin - məni “Kəpəz”dən Elxan Məmmədovdan başqa heç kəs çıxara bilməz”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti