"CBC Sport"dan Birinci Divizionla bağlı önəmli AÇIQLAMA

18 Noyabr 2021 23:20 I Divizion 1 156
"CBC Sport"dan Birinci Divizionla bağlı önəmli AÇIQLAMA

Birinci divizionda başa çatan 8-ci tur Qərb derbisi ilə yadda qaldı.

"Kəpəz"in doğma meydanda "Turan Tovuz"u məğlub etdiyi (2-1) derbini "CBC Sport" canlı yayımla izləyicilərə təqdim etdi.

Bu, idman kanalının yeni mövsümdə birinci divizondan canlı yayımladığı ilk qarşılaşma idi. Görəsən, növbəti turlarda da kanal eyni addımı atacaqmı?

Telekanalın baş redaktoru Şəmsəddin Abbasov Sportinfo.az-ın sorğusuna cavab olaraq bunları deyib:

"Mütəmadi olaraq hər il mövsüm ərzində birinci divizondan 2-3 belə oyun göstəririk. Hazırkı mövsümdə də imkan daxilində bu ənənə davam edəcək. Deyə bilmərəm ki, hər ay və ya hər həftə oyunlar göstəriləcək. Amma Qərb derbisi kimi maraqlı matçlar canlı yayımla izləyicilərə təqdim olunacaq. Belə qarşılaşmalar bizim də diqqət mərkəzimizdədir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!