AFFA “Bakı”nın sabiq baş məşqçisinə Divizionda iş verdi

18 Noyabr 2021 14:40 I Divizion 1 384
AFFA “Bakı”nın sabiq baş məşqçisinə Divizionda iş verdi

AFFA “Bakı”nın sabiq baş məşqçisi Novruz Əzimovu yeni işlə təmin edib.

Federasiya “Neftçi”nin veteranını “Turan Tovuz”a göndərib.

O, I Divizionda mübarizə aparan qərb klubunun Müşahidə Şurasında (MŞ) yer alıb. AFFA daha əvvəl Əfqan Talıbovu “Turan”da yerləşdirib.

Vaxtilə o da Əzimov kimi Nazim Süleymanovun yaratdığı Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının aparıcı şəxslərindən biri idi.

Indi isə hər iki sabiq futbolçu Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayyevin rəhbəri olduğu “Turan”ın xidmətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti