Bölgə klubunda narazılıqlar artdı - "Bu qədər vaxt yetər" dedilər

9 Noyabr 2021 23:40 I Divizion 1 227
Bölgə klubunda narazılıqlar artdı - "Bu qədər vaxt yetər" dedilər

Birinci divizionda yeni mövsümə ən aktiv hazırlıq görən komanda sözsüz ki, "Kəpəz" idi.

Bölgə klubu heyətinə çox sayda yeni futbolçular transfer etdi. Aralarında Premyer Liqa təcrübəsi olan və kifayət qədən tanınmış Cavid İmamverdiyev, İbrahim Qədirzadə kimi adlar da vardı.

Ötən mövsümə nisbətən yeni mövsüm büdcənin də artırılması komandanın rahatlıqla çempion olacağına inamı artırmışdı.

Amma arxada qalan 6 turda Yaşar Vahabzadənin çalışdırdığı komanda Gəncə azarkeşlərinin ümidlərini puç etməyə davam edir.

"Kəpəz" bu matçların cəmi ikisində qələbə qazana bilib. Digər 4 qarşılaşma isə bərabərliklə başa çatıb. Belə nəticə ilə turnir cədvəlində 5-ci yeri tutan komandaya qarşı narazılıqlar hər keçən gün artmaqdadır.

Fanatların əsas istəyi isə ötən mövsüm olduğu kimi baş məşqçi Yaşar Vahabzadənin istefaya göndərilməsidir. Onlar düşünür ki, artırılan büdcəyə və kifayət qədər yaxşı transferlərə rəğmən komandada gələcəyə ümid verən heç bir perespektiv yoxdur. Verilən vaxt isə çoxdan bitib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti