“Qarabağ”ın baş məşqçisi kənarlaşdırıldı, 80 manat cərimələndi

7 Noyabr 2021 02:30 I Divizion 1 516
“Qarabağ”ın baş məşqçisi kənarlaşdırıldı, 80 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Divizionun VII turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:

I Divizionun VII turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” komandasının futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Kəpəz” klubunun futbolçusu Röyal Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2” – “Qarabağ-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

“Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61.1);

“Zaqatala” – “Sabah-2” oyununda “Zaqatala” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Zaqatala” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti