Divizionda “qumar meydanı” qızışıbmı? - “Qorxu var, bilir ki, üstü açılacaq”

3 Noyabr 2021 20:40 I Divizion 2 019
Divizionda “qumar meydanı” qızışıbmı? - “Qorxu var, bilir ki, üstü açılacaq”

“İndi qorxu var, kiminsə bu işə maraq göstərəcəyinə inammıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Rövşən Babayev deyib.

Əvvəllər də I Divizionda çalışmış mütəxəssis oyun alqı-satqıları ilə bağlı halların sıfıra endiyini iddia edib:

“Ötən illər ərzində çox dəyişiklik var. O vaxtlar belə deyildi, indi isə maşallah, komandalar arasında ciddi rəqabət yaranıb.

Aşkar autsayder yoxdur, hər oyunda istənilən nəticə qeydə alına bilər. Yaş limitinin dəyişdirilməsi rəqabəti bir qədər də gücləndirib.

Divizionda Premyer Liqadan gələn futbolçuların sayı artıb. Çempionata nəzarət də ciddiləşib.

Əyri yollarla pul qazanmaq istəyənlərə daha rast gəlinmir. Bunda marağı olanlar belə, bilir ki, “qumar”ın üstü açılacaq, sonra isə onları nə gözləyir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti