"Turan Tovuz"da hədəflər bəlli oldu

13 Avqust 2021 22:20 I Divizion 1 297
"Turan Tovuz"da hədəflər bəlli oldu

Hazırlıqları Rövşən Babayevin rəhbərliyi altında davam etdirən "Turan Tovuz"da yeni mövsüm üçün hədəflər müəyyən edilib.

Sportinfo.az-ın əldə etdiyi məlumatına görə, bir neçə gün əvvəl bölgə klubuna təyinat alan məşqçinin rəhbərliklə görüşü baş tutub.

Klub rəsmiləri Babayevə gənc və mümkün qədər tovuzlu futbolçulara daha çox şans verməyi tapşırıb.

Bu məqsədlə hazırda ölkəmizin müxtəlif bölgələrindən Tovuza gələn gənc futbolçular arasında da seçimlər aparılır.

Son illər "Turan Tovuz" iki dəfə Birinci Divizonun çempionu olsu da Premyer Liqaya buraxılmayıb.

Hazırkı rəhbərlik məhz belə şeylərə görə strategiyanı dəyişmək qərarına gəlib.

Əhəmiyyətsiz çempionluqlardansa, bir neçə yerli futbolçunun üzə çıxarılması daha faydalı olar qənaətinə gəlinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı