"Premyer Liqa klublarından mənə heç bir təklif olmayıb"

9 Avqust 2021 19:00 I Divizion 1 749
"Premyer Liqa klublarından mənə heç bir təklif olmayıb"

"Kəpəz" mənə doğma komandadır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in yeni transferi Tural Rzayev deyib.

Rzayev "Kəpəz"i seçiməsini belə izah edib: "Açığı, Premyer Liqa klublarından heç bir təklif olmayıb. Birinci Divizionda oynayacaqdımsa, bu da "Kəpəz" olmasını istəyirdim.

Elə oldu ki, klubdan təklif gəldi və belə bir istək mənə də xoş oldu. Qarşıdakı ili doğma şəhərimin komandasında oynayacam".

Litvada, Gürcüstanda legioner həyatı yaşamış 27 yaşlı yarımmüdafiəçi yenidən ölkə xaricinə getmək istəyinə zədəsinin mane olduğunu bildrib:

"Gürcüstanda oynayanda ağır zədə almışdım. Diz bağlarım. Qopmuşdu. Sağalandan sonra yenidən ölkə xaricinə getmək istəyirdim.

Amma bilirik ki, bütün komandalar hazır futbolçu axtarır. Daha çox oyun keçirən, formada olan futbolçuya tələbat var.

Mən də zədədən təzə qayıtdığım üçün çətin idi. 1-2 variant oldu, ancaq onlar da son anda alınmadı. Pandemiyanın olması da çətinliklər yaratdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti